AZ

Gəncədə növbəti əmək yarmarkası

Yazını böyüt
Yazını kiçilt

Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası keçirilib.

Hafta.az xəbər verir ki, əmək yarmarkasında müxtəlif müəssisələr tərəfindən 100-ə yaxın vakansiya təqdim edilib.

Vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar. Yeni peşəyə yiyələnmək istəyən vətəndaşlara isə agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tədrisi həyata keçirilən kurslar barədə məlumat verilib.

Qeyd edək ki, “Əmək yarmarkaları”nın keçirilməsində əsas məqsəd işsiz və işaxtaran vətəndaşların, əmək bazarına çıxışını dəstəkləməkdir.

Seçilən
0
3
hafta.az

4Mənbələr