AZ

2026-cı ildə Azərbaycan Qran-prisində sprint yarışı keçirilməyəcək

2026-cı ildə Bakıda təşkil olunacaq "Formula 1" üzrə Azərbaycan Qran-prisində sprint yarışı olmayacaq.

90deqiqe.Az xəbər verir ki, bu, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) açıqladığı rəsmi təqvimdə öz əksini tapıb.

Sprint yarışı həmin mövsümdə Çin, ABŞ, Kanada, Böyük Britaniya, Niderland və Sinqapur mərhələlərində keçiriləcək.

Qeyd edək ki, Kanada, Niderland və Sinqapur ilk dəfə bu formatda yarışlara ev sahibliyi edəcək.

Xatırladaq ki, Azərbaycan Qran-prisində ilk sprint yarışı 2023-cü ildə təşkil olunub və həmin vaxt "Red Bull" komandasının sürücüsü Serxio Peres qələbə qazanıb. 2024 və 2025-ci illərdə isə Bakıdakı mərhələnin proqramından sprint yarışı çıxarılıb.

Seçilən
6
8
90deqiqe.az

10Mənbələr