Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Ruy Vitoriya işsiz qalıb. “Panatinaikos” rəhbərliyi baş məşqçi ilə yolları ayrılıb.Yunanıstan klubunun mətbuat xidmətinin məlumatında portuqaliyalı mütəxəssisin komandanın uğursuz çıxışına görə istefaya göndərildiyi bildirilib. Ölkə çempionatında 2 oyuna 1 xal toplayan “Panatinaikos” 14 komanda arasında 12-ci yeri tutur. Afinalıların ehtiyatda bir təxirə salınan oyununun olduğunu da qeyd edək.Vitoriya paytaxt komandasına 2024-cü ilin oktyabrında təyinat almışdı.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.