AZ

Putin Rusiya-Belarus təlimlərini izlədi

BAKI, 16 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Nijni-Novqorodda Mulino poliqonunda “Qərb-2025” strateji təlimlərini müşahidə edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, manevrlər zamanı İttifaq Dövlətinə (Rusiya-Belarus) qarşı təcavüzün lokallaşdırılmasında qurumlararası, regional və koalisiya qoşun qruplarının idarə olunması məsələləri, onun sərhədlərində təhdidlərin neytrallaşdırılması və vəziyyətin sabitləşdirilməsi üçün birgə fəaliyyətin müxtəlif variantları işlənib hazırlanıb.

Təlimləri Rusiya və Belarus silahlı qüvvələri birgə keçirib. Manevrlər sentyabrın 12-dən 16-na kimi davam edib.

Seçilən
12
2
teleqraf.com

3Mənbələr