AZ

Azərbaycan Mərkəzi Bankının "Nağd pul ofisi" fəaliyyətini ikigünlük dayandırır - SƏBƏB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı şəhərində keçiriləcək "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18 sentyabr 2025-ci il tarixlərində Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında "Nağd pul ofisi" fəaliyyət göstərməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, "Nağd pul ofisi" növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək.
Qeyd edək ki, AMB tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan "Nağd pul ofisi" Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasında həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərir.
Seçilən
19
27
oxu.az

10Mənbələr