Rusiya NATO tarixində ilk dəfə Alyansın sərhədlərini pozdu. Ukraynaya kütləvi hücum zamanı buraxılan 20-dən çox pilotsuz təyyarə Polşa hava məkanına daxil olub. İnsident dönüş nöqtəsi oldu - minlərlə polyak könüllü hərbi təlimlərə yazılmağa başladı.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə National Security Journal jurnalı yazır.
Polşanın baş naziri Donald Tusk İsrail ehtiyat modelinin yaradılmasını elan etdi - lazım gələrsə müharibəyə getməyə hazır olan 500 000 təlim keçmiş vətəndaş.
...Hər bir yetkin kişi vətəni müdafiə etməyə hazır olmalıdır,-deyən Tusk vurğuladı və əlavə etdi ki, qadınlar da fəal şəkildə qoşulur, tez-tez məzuniyyətlərini təlim keçmək üçün istifadə edirlər.
Bu gün Polşa NATO-da ABŞ və Türkiyədən sonra üçüncü ən böyük orduya malikdir və ÜDM-in 4,7 faizini müdafiəyə sərf edir - Almaniya, Fransa və ya Böyük Britaniyadan çox.
2025-ci ilin sonuna qədər təxminən 40,000 könüllünün təlim proqramını tamamlaması gözlənilir ki, bu da 2022-ci ildəki səviyyədən iki dəfə çoxdur.
Çoxları üçün təlimdə iştirakın şəxsi motivi var. İştirakçı qadınlardan biri “Oğlumu qorumaq üçün hər şeyə hazıram”,- deyib.
Tarixi yaddaşın da rolu var. Onilliklər boyu sovet işğalı və kommunist hakimiyyəti ölkə üçün ağrılı bir xatırlatma olaraq qalır.
Polşa Ukrayna ssenarisinin təkrarlanmasından ehtiyat edir və qətiyyət nümayiş etdirir. Demoqrafik tənəzzülə baxmayaraq, Varşava növbəti onillikdə ordusunun sayını demək olar ki, üçdə bir artırmaq niyyətindədir.
Ekspertlər qeyd edirlər ki, Rusiyanın hərəkətləri əks effekt əldə edir - qorxutmaq əvəzinə, yalnız Polşanın və bütövlükdə NATO-nun qətiyyətini gücləndirir.
Əli Babayev