AZ

IEA: İnvestisiyaların olmaması neft və qaz hasilatının azalmasına səbəb ola bilər

​​​​Davamlı investisiyalar olmadan, dünya qlobal neft balansından Braziliya və Norveçin birgə hasilatına bərabər miqdarda nefti itirə bilər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatında bildirilir.

Hesabata əsasən, neft və qaz yataqlarının hasilatının zamanla azalmasının orta sürəti, əsasən şist və dərin dəniz ehtiyatlarına artan asılılıq səbəbindən qlobal miqyasda əhəmiyyətli dərəcədə artıb. Bu da o deməkdir ki, şirkətlər istehsalı bugünkü səviyyələrdə saxlamaq üçün əvvəlkindən daha çox çalışmalıdırlar.

Agentliyin icraçı direktoru Fatih Birolun sözlərinə görə, neft və qaz sahəsində “upstream”a (yataqların kəşfiyyatı və işlənməsi – red.) investisiyaların yalnız kiçik bir hissəsi tələbat artımını ödəmək üçün istifadə olunur, hər il sərmayələrin təxminən 90%-i mövcud yataqlardakı tədarük itkilərinin kompensasiyasına yönəldilir.

“Azalma sürəti investisiya müzakirələrində diqqətə alınmayan əsas məsələdir və yeni analizlərimiz göstərir ki, bu sürət son illərdə artıb. Neftə gəldikdə isə, “upstream”a investisiyaların olmaması hər il bazardan Braziliya və Norveçin birgə hasilatına bərabər miqdarda nefti çıxarar. Bu vəziyyət bazar balansları, enerji təhlükəsizliyi və emissiyalar baxımından ciddi nəticələr doğura bilər”, – Fatih Birol vurğulayıb.

MənbəAPA
Seçilən
17
3
banker.az

4Mənbələr