İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada intensiv hərbi əməliyyatın başladığını təsdiq edib.
Bildirilib ki, Netanyahu bu barədə korrupsiya işi ilə bağlı məhkəmədə ifadə verməzdən əvvəl danışıb.
Əməliyyatla bağlı məşğul olduğunu diqqətə çatdıran Baş nazir, onun iştirakı ilə keçirilən məhkəmə dinləmələrinin təxirə salınmasını istəyib.
Xatırladaq ki, bundan əvvəl, “Axios” portalı İsrail ordusunun Qəzza şəhərində yeni genişmiqyaslı hərbi əməliyyata başladığını yazmışdı.