AZ

Məşqçisi olduğu ən yaxşı futbolçuları açıqladı

style='margin-bottom:10px;'>

Braziliya millisinin hazırkı baş məşqçisi, əvvəllər Avropanın bir çox aparıcı klubunda işləmiş Karlo Ançelotti indiyədək məşqçisi olduğu  ən yaxşı futbolçuların adlarını açıqlayıb.

QOL.az xəbər verir ki, bu haqda “Madrid Zone” məlumat yayıb.

“İndiyədək məşqçisi olduğum ən yaxşı oyunçular Ronaldo (braziliyalı), Kriştiano Ronaldo, Kaka, Toni Kroos, Luka Modriç, Vinisius Junior və Didye Droqbadır”, – deyə Ançelotti bildirib.

66 yaşlı italiyalı mütəxəssis məşqçilik karyerası ərzində 31 kubok qazanıb. Braziliya millisinin sükanı arxasına isə o, 2025-ci ilin yayında keçib.

Seçilən
47
teleqraf.com

1Mənbələr