AZ

Daha 55 nəqliyyat vasitəsi özəlləşdirilib

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 55 nəqliyyat vasitəsi satılıb.

Bakıvaxtı.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, nəqliyyat vasitələrinə sifarişlərin çox olması hərracı rəqabətli edib. 

Start qiyməti 18 min manat olan "Land Rover Defender" markalı avtomobil 32 min manata, 24 250 manat olan lot üzrə avtomobillər isə 35 min manata satılıb.

Növbəti hərraclar 23 və 30 sentyabrda keçiriləcək. Hərraclara müxtəlif markalı nəqliyyat vasitələri çıxarıacaq.

Satışa çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3MswzT linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından seçim edə bilərlər.

Seçilən
40
5
bakivaxti.az

10Mənbələr