“Yeni Dövrün Çağırışı: Sosial Məsuliyyətli İctimai Tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib. DOST Agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və özəl sektor, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbir "Yeni Dövrün Çağırışı: Sosial Məsuliyyətli İctimai Tərəfdaşlıq” mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov açıb və bu cür görüşlərin əhəmiyyətini qeyd edib. Daha sonra o, DOST-un fəaliyyəti ilə bağlı təqdimat nümayiş etdirilib.
Görüş çərçivəsində iştirakçılar dövlət, QHT və özəl sektor arasında tərəfdaşlığın sosial rifahı gücləndirməkdə mühüm rolunu vurğulayıblar. Tədbir ümumi müzakirələrlə davam edib.
Müzakirələr zamanı bildirilib ki, bu cür platformalar sosial məsuliyyət mədəniyyətinin formalaşdırılması və dövlət-cəmiyyət əməkdaşlığının daha da inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.