AZ

Ekspert : Qazaxıstan, Azərbaycan və Gürcüstanın qovşağında multimodal habların yaradılması tamamilə realdır

Bakı, 16 sentyabr, AZƏRTAC

Qazaxıstan, Azərbaycan və Gürcüstanın qovşağında multimodal habların yaradılması perspektivləri kifayət qədər real görünür, bir şərtlə ki, uzunmüddətli investisiyalar və ölkələr arasında səmərəli koordinasiya olsun.

Bu sözləri AZƏRTAC-a müsahibəsində nəqliyyat və logistika sahəsində qazaxıstanlı ekspert, “Qadınlar ticarətdə və logistikada” (“WiLAT” Central Asia) təşəbbüsünün sədr müavini Ayjan Beysiyeva deyib.

Ekspert qeyd edib ki, Trans-Xəzər dəhlizi Qazaxıstandan (Aktau limanı), Azərbaycandan (Ələt, Bakı) Gürcüstana (Batumi, Poti) qədər dayanıqlı və yüksəksəmərəli multimodal nəqliyyat habına çevrilmək üçün bütün zəruri ilkin şərtlərə malikdir.

Onun sözlərinə görə, bu potensialın reallaşdırılması üçün normativ-hüquqi bazaların unifikasiyasının təmin edilməsi, özəl investisiyaların cəlbinin stimullaşdırılması və terminallar, logistika və rəqəmsal inteqrasiya sahəsində dövlət-özəl tərəfdaşlıq layihələrinin fəal şəkildə inkişaf etdirilməsi vacibdir. Bu cür addımlar şəffaf, sürətli və rəqabətədavamlı nəqliyyat sistemi yaradacaq ki, bu da regionun inkişafının əsl lokomotivinə çevrilə bilər.

 

Seçilən
39
2
azertag.az

3Mənbələr