AZ

5 dövlət Avropa İttifaqının Rusiyaya viza qadağasını blokladı

Avropa İttifaqının beş ölkəsi ruslar üçün viza məhdudiyyətini bloklayıb.

AzPost bildirir ki, bu barədə Yunanıstanın “Pronews” nəşri bildirir.

Məlumata görə, Yunanıstan, İtaliya, İspaniya, Fransa və Macarıstan Aİ-nin Rusiya vətəndaşları üçün vizaların məhdudlaşdırılması təşəbbüsünü dəstəkləməyib. Onlar hesab edirlər ki, bu tədbir turizmə mənfi təsir göstərəcək. Rusiyalı turistlər gündə orta hesabla 1300 avro xərcləyirlər ki, bu da digərlərindən az qala iki dəfə çoxdur.

Bundan əlavə, qeyd edilib ki viza məhdudiyyətləri Yunanıstandakı rus icmasını məhv edə bilər. Bu Moskvanın yunanlara qarşı güzgü tədbirləri görməsinə səbəb ola bilər. Bu da ixraca daha çox zərər verə bilər.

AzPost.az

Seçilən
55
1
azpost.info

2Mənbələr