AZ

FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq

FHN-ə işə düzəltmək adı ilə daha bir dələduzluq

Sumqayıtda vətəndaşlara qarşı pensiya, sosial yardım və işə düzəltmə adı ilə dələduzluq edən şəxsə hökm oxunub.

Sumqayıt Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə mühakimə olunan Z.R. adlı qadına 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Z.R. bundan əvvəl də 360 saat ictimai işlər cəzasına məhkum edilib. Həmin cəza 90 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla hazırkı cəza ilə qismən toplanılıb. Nəticədə Z.R. 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İş materiallarından aydın olur ki, Z.R. bir neçə vətəndaşı Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldadıb. O, zərərçəkmişlərin birindən 2000, digərlərindən isə 5000 və 7360 manat pul alıb.

Z.R.-nın əməlləri bununla bitməyib. O, daha bir neçə nəfəri təqaüd və sosial yardım düzəltmək adı ilə aldadıb.

Məhkəmə prosesi zamanı Z.R. ona verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin məlum olub ki, vətəndaşlara dəymiş ziyanın bir hissəsini ödəyib.

Seçilən
32
8
afn.az

9Mənbələr