AZ

DİN-dən Binəqədi və Qaradağ rayonlarında əməliyyat

Binəqədi rayonunda bir nəfərə məxsus dəyəri 2 min manat olan motosikletin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Eokologiya.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R. Rzayev, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı M. Cəfərov saxlanılıblar.

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki evlərin birindən isə mobil telefon, şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartından 2 min 200 manat pul oğurlamaqda şübhəli bilinən 26 yaşlı N. Allahverdiyev də polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Seçilən
27
3
ekologiya.az

4Mənbələr