AZ

Aİ bu postsovet ölkəsinə sanksiyalar tətbiq etmək istəyir

Avropa Komissiyası Gürcüstana qarşı sanksiyaların tətbiqi, eləcə də bu ölkə ilə vizasız rejimin ləğvi imkanlarını öyrənir.

Publika.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper bildirib.

"Apardığımız müzakirələrdə sanksiyalardan tutmuş vizasız rejimin dayandırılmasına və digər tədbirlərə kimi başqa variantlar da nəzərdən keçirildi. Eyni zamanda, artıq qeyd edildiyi kimi, biz siyasi əlaqələrimizin səviyyəsini tamamilə aşağı saldıq, Gürcüstan hakimiyyətinə maliyyə yardımını dayandırdıq və vətəndaş cəmiyyətinə dəstəyimizi artırdıq", - deyə Hipper qeyd edib.

Adəm

Seçilən
21
publika.az

1Mənbələr