AZ

Xanım sahibkar Çində keçirilən sərgidə iştirak edib - FOTOLAR

Xanım sahibkar Çində keçirilən sərgidə iştirak edib - FOTOLAR

Çində keçirilən sənaye sərgiləri Azərbaycanlı sahibkarların diqqət mərkəzində olub.

AFN.az xəbər verir ki, Azərbaycanın məşhur brendi olan "Sevil Art"ın sahibi Sevil Əhmədova sentyabrın 2-4-ündə Şanxayda baş tutan İntertekstil Geyim Parçaları Sərgisində iştirak edib. Şanxayda Milli Sərgi və Konqres Mərkəzində keçirilən sərgidə dünyanın onlarla ölkəsindən sahibkarlar, iş adamları iştirak edib. S.Əhmədova tədbirdən yeni istehsalçılarla və tərəfdaşlarla əlaqələr qurmaq üçün faydalanıb.

Xanım sahibkarın iştirak etdiyi növbəti sərgi isə 3-5 sentyabrda Şanxayda Yeni Beynəlxalq Expo Mərkəzində baş tutub. Dəri Sərgisi (ACLE) adı altında baş tutan tədbirdə S.Əhmədova məhsullarla maraqlanıb, istehsalçılarla və iş adamları ilə əlaqələr qurub. "Bu sərgilərdə iştirak mənim üçün faydalı oldu. Yeni istehsalçılarla və təchizatçılarla əlaqələr qurdum. Yeni məhsullar, yeni texnologiyalarla tanış oldum. Gələcək fəaliyyətimdə bunlardan yararlanacağıma, markamın inkişafında və genişlənməsində rol oynayacağına ümid edirəm. Bütün sahibkarları belə sərgilərdə iştirak etməyi tövsiyə edirəm".

Seçilən
19
1
afn.az

2Mənbələr