AZ

Başımızı ağrıdacaq hadisə: Ehtiyatlı olun!

Hazırda Yer kürəsində orta həddə davam edən yeni maqnit qasırğası müşahidə edilir.

Publika.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” portalı Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiya laboratoriyasının məlumatlarına istinadən məlumat yayıb.

Mütəxəssislərin fikrincə, G1 (maqnit qasırğası) tufanı Bakı vaxtı ilə səhər saat 04-07 radələrində başlayıb. Hazırda planetarası mühitin xarakteristikalarının dəyişməsi ilə qeyri-sabit tarazlığa çatıb və G3 (maqnit qasırğası) səviyyəsinə uyğun pozuntular artıq qeydə alınmır.

Laboratoriyanın məlumatına görə, belə bir vəziyyət iki-üç gün davam edəcək.

Eyni zamanda, günəş küləyinin sürəti yüksək olaraq qalır və saniyədə 750 kilometr kritik dəyəri keçərək artmaqda davam edir. Maqnit sahəsində istənilən artım ikinci və üçüncü səviyyəli maqnit qasırğalarına səbəb ola bilər.

Seçilən
27
publika.az

1Mənbələr