AZ

Cennifer Lopez imicini dəyişdirdi pərəstişkarları onu tanımadı

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerikalı müğənni və aktrisa Cennifer Lopez tamamilə fərqli bir obrazda pərəstişkarlarını xeyli təəccübləndirib.

Lent.az xarici medaya istinadla xəbər verir ki, sənətçi saç düzümünü və saç rəngini dəyişərək tamamilə qeyri-adi sarışın obrazında görünüb.

Lopez öz "Instagram" səhifəsində açıq rəngdə, buruq saçlı və başında lent olan fotolar seriyasını paylaşıb. Məlum olub ki, bu dəyişiklik yeni filmin çəkilişləri ilə bağlıdır.

Müğənninin sözlərinə görə, bu rol onun üçün əsl zaman səyahətinə çevrilib.

“Yeni obraza daxil olmaq, kino sənayesinin qızıl dövründə bir rəqs kimi idi… parıltı, dəbdəbə və çoxlu rəqslərlə. Keçmişə səyahət heç vaxt bu qədər həyəcanverici olmamışdı”, - Cennifer paylaşımında yazıb.

Lopezin yeni stili işlə bağlı olsa da, sosial şəbəkə istifadəçiləri buna biganə qalmayıblar. Şərhlərdə yüzlərlə heyranlıq və tərif dolu mesajlar var.

Pərəstişkarlar etiraf edirlər ki, sarışın saç müğənninin görünüşünü tamamilə dəyişir və bəziləri hətta onun tanınmaz olduğunu qeyd edirlər. Bəzi istifadəçilər isə ulduzun bu obrazda amerikalı müğənni Qven Stefanini xatırlatdığını bildiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
lent.az

1Mənbələr