AZ

"San-Siro" satıldı

Milanın meri Cuzeppe Sala "San-Siro" stadionu ilə bağlı mühüm açıqlama verib.

Publika.az xəbər verir ki, o, "İnter" və "Milan" klubları ilə arenanın alınması ilə bağlı razılığa gəldiklərini bildirib:

"Hər şey qaydasındadır, çərşənbə günü şəhər şurasına "San-Siro"nun satışına dair qətnamə təqdim edəcəyik, çünki faktiki olaraq klublarla razılıq əldə olunub. Yeni stadion 2031-ci ilə hazır olmalıdır, çünki UEFA bizə bildirir ki, əgər "San-Siro" qalarsa, Milanı Avro-2032-də oyunlarının keçirilmə məkanı kimi nəzərdən keçirməyəcək".

Mer əlavə edib ki, "San-Siro"nun satışı ayın sonunadək təsdiqlənməlidir.

Seçilən
33
1
publika.az

2Mənbələr