AZ

Qalstyan Zəngəzur barədə: Yolun açılması ilə bağlı Ermənistanda müsbət atmosfer var

BAKI, 16 sentyabr. TELEQRAF

“Tramp yolu” layihəsinin (və ya Zəngəzur dəhlizinin) həyata keçirilməsi ilə bağlı siqnal Ermənistan bazarları tərəfindən müsbət qarşılanır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyib.

“Tramp Yolu” layihəsinin həyata keçirilməsi ilə bağlı siqnal bazar iştirakçıları tərəfindən (Ermənistanla Azərbaycan və Türkiyə arasında) kommunikasiyaların açılması və yekun sülh sazişinin imzalanması ilə bağlı mümkün xəbərlər fonunda müsbət qarşılanır”, - qurum rəhbəri bildirib.

Qalstyanın sözlərinə görə, bu yaxınlarda layihənin həyata keçirilməsi üçün ABŞ tərəfindən ayrılan 140 milyon dollarlıq tranş Ermənistan iqtisadiyyatına təsiri baxımından çox da böyük məbləğ deyil.

Seçilən
26
teleqraf.com

1Mənbələr