AZ

Güney azərbaycanlıların susuz qalması və köç etməsi üçün Urmu gölü qəsdən quruduldu Video

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

“İran İslam Cümhuriyyətində Urmu gölünün qurudulması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. İran İslam Cümhuriyyətinin siyasəti bu idi ki, xalqa lazım olan bütün ərzaq ölkə daxilində istehsal edilsin və xarici ölkələrə ehtiyac qalmasın. Bu səbəbdən də kənd təəsrrüfatının genişləndirilməsi lazım idi. Bu məqsədlə də Urmu gölünün ətrafında olan və gölə tökülən 22 çaya bənd vuraraq, gölə axıdılan suyun qarşısını aldılar. Göldə olan su, gün dəydikcə buxarlaşdı və azaldı”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, gölün qurulması prosesi 15 il davam etdi və bu 15 ildə Cənubi Azərbaycanlılar etirazlar edib, etirazlarda minlərlə şəxs saxlanılıb, həbs edilib, işgəncə görüb.

Maşallah Rəzmi

“Hakimiyyət deyirdi ki, “göl sizin üçün bəhanədir, siz Türkçülüyü təbliğ etmək istəyirsiniz”. Hakimiyyətin daxilində bir sıra qüvvələr var ki, qorxur ki, azərbaycanlılar müstəqil olar və İranı sonradan btüövlükdə ələ keçirərlər. Buna görə də onlar düşünürdü ki, Güney Azərbaycanda olan Urmu gölü qurudularsa, orada yaşayan azərbaycanlılar oradan köçər və İran üçün daha təhlükə yaratmazlar. Bir neçə il əvvəl radikal qüvvələr tərəfindən Təbriz universitetində “Necə edək ki, Urmu gölündən qurtulaq” adlı konfrans keçirildi. Yəni necə edək ki, göl qurusun. Belə bi siyasət var idi və bu siyasət nəticə verdi”-deyə Maşallah Rəzmi bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
icma.az

1Mənbələr