AZ

Alla Puqaçova Putini üstələdi - VİDEO

Rusiya estradasının divası  müğənni Alla Puqaçova ilə jurnalist Katya Qordeyevanın sentyabrın 10-da YouTube platformasında yayımlanan müsahibəsi 17,7 milyon dəfə izlənilib.

Modern.az xəbər verir ki, xarici medianın müqayisəsinə görə, Rusiya prezidenti Vladimir Putinlə amerikalı jurnalist Taker Karlsona 2024-cü ilin əvvəlində verdiyi müsahibə cəmi 7,4 milyon baxış toplamışdı.

Google Trends-in məlumatına görə, müsahibə yayımlanandan sonra Alla Puqaçovaya maraq Putinin müsahibəsindən 6-7 dəfə çox olub və müğənni Google axtarışlarında 3 dəfə çox axtarılıb.

Sonuncu dəfə diva populyarlığına görə Rusiya prezidentini 2019-cu ildə, onun 70 illik yubileyi qeyd edilən zaman üstələmişdi.

 

Seçilən
28
modern.az

1Mənbələr