“Comex” birjasında qızılın qiyməti bir unsiya üçün 3735 ABŞ dollarını keçərək tarixi rekordu yeniləyib.
2025-ci ilin dekabr ayında çatdırılacaq qızıl fyuçerslərinin dəyəri “Comex”də 0.4% artaraq bir unsiya üçün 3735.5 dollar təşkil edib.
9 sentyabrda qızılın qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 3700 dolları ötüb. Xatırladaq ki, 2 sentyabrda isə dekabr fyuçerslərinin qiyməti tarixi rekordu yeniləyərək 3600.3 dollara çatmışdı.
“Zaner Metals” şirkətinin vitse-prezidenti və aparıcı strateqi Piter Qrant yaxın perspektivdə qızılın qiymətinin 3700–3730 dollar səviyyəsinədək arta biləcəyini istisna etmir.