AZ

“AQTA-nin idarə rəisi dedi ki, kəndə gedəndə qocalmış xoruz əti yeyirəm”

“Ətin qiymətinin artamasının bir neçə səbəbi var. Fərdi təərrüfatları inkişaf etdirmək üçün örüşlərin olmaması, heyvandarlığın yem bazasının yaradılması üçün suvarılan torpaqların sürətlə azalması, heyvandarlıq təsərrüfatlarının ayrı-ayrı böyük təsərrüfatlarda birləşməsi, fərdi təsərrüfatlardan heyvanı bazara çıxarmaq üçün bazarda üçüncü subyektlərin meydana çıxması, insanların ümumiyyətlə heyan saxlamaq kimi ağır işdən uzaqlaşması və şəhərə axın etməsi, heyvan yemlərinin son dərəcə baha olması, hökumətin effektsiz kənd təsərrüfatı siyasəti özünü burda göstərir”. 

Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

Ekspertin sözlərinə görə, müvafiq qurumlar da heyvan əti ilə bağlı insanlara yanlış məlumat verirlər:

“Heyvandarlığı inkişaf etdirmək istəyən insanlar Qida Təhlükəsizliyi Agentliyinin adamları deyirlər ki, quzu əti yeməli deyil, yəni heyvanı tez kəsməmək üçün belə söz deyirlər. Mən İspaniyada gördüm ki, quzu əti digər ətlərdən bahadır və onun fotosunu da çəkmişəm. AQTA-nin idarə rəisi ilə mənim mübahisəm oldu və o dedi ki, mən kəndə gedəndə qocalmış xoruz əti yeyirəm, bu daha yaxşıdır, nəinki təzə beçə əti. Bu isə gülməli bir yanaşmadır. Guya kişilər kənd təsərrüfatı siyasəti idarə edirlər və televiziya vasitəsi ilə istehlakçılara çağırış edirlər ki, quzuları kəsməyin, əti yeməli deyil. Bu isə çox gülünc və primitiv yanaşmadı. Bütün bunlar cəmiyyətdə heyvan ətinin qiymətinin sürətlə bahalaşmasına gətirib çıxarır. Çox yaxşı haldır ki, Ukraynadan, Monqolustandan külli-miqdarda qoyun əti gətirilir. Bunlar qiyməti balanslaşdırır və saxlayır. Düşünürəm ki, getdikcə, ətin qiymətinin qalxma tendensiyası davam edəcək. Çünki bir daha qalxan qiymət, bir daha enmir”. 

Vasif ƏLİHÜSEYN

Seçilən
9
1
adalet.az

2Mənbələr