ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Parisdə Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Fransa arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu bildirərək, qarşıda duran proqramları müzakirə ediblər və strateji tərəfdaşlığın qurulmasının vacibliyini vurğulayıblar.
Vaan Kostanyan həmçinin həmsöhbətinə avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında əldə edilmiş tarixi razılaşma barədə məlumat verib. Ermənistan rəsmisi iki ölkə arasında sülhün institusionallaşdırılmalı olduğunu qeyd edib.
Tərəflər beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü Sherg.az-a söyləyib ki, Ermənistan və Azərbaycan arasında önəmli danışıqlar və razılıq mərhələsinə gəlinərkən İrəvanın sülhə mane olan dövlətlərlə müzakirəsini müsbət saymır:
"Bu cür görüşlər çox hallarda müəyyən problemlər yaradır. Çünki Ermənistan Fransa və başqa ölkələrdən təlimatlar alır və buna uyğun olaraq sülh məsələlərində pozuculuq edir. Ümumiyyətlə Fransanın bu məsələlərdə hər hansı töhfə verəcəyi də inandırıcı deyil. Vaan Kostanyanın Parisdə Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüşü sülh prosesinə mənfi təsir edəcək amildir. Ermənistan yaxşı olar ki, bu mövzuları bölgədə, ölkədə və regionda destruktiv rol oynaması ilə tanınan Fransa ilə yox, sülh, stabillik uğrunda çalışan Azərbaycan və Türkiyə ilə müzakirə etsin".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.