AZ

Milan və İnter klubları San Siro stadionunun alınması barədə razılığa gəldilər

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

İtaliyanın "Milan" və "İnter" klubların "San Siro" stadionunun alınması ilə bağlı razılığa gəliblər.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Milan meri Cuzeppe Sala açıqlama verib. 

O, klublarla razılığın əldə olunduğunu bildirib: 

"Arenanı satmaq üçün şəhər şurasına gedəcəyik. Yeni stadion 2031-ci ilədək hazır olmalıdır. Çünki UEFA bizə deyir ki, "San Siro" qorunub saxlanılsa, Milan şəhəri AVRO-2032-dən kənarda qalacaq".

Qeyd edək ki, 2032-ci ildəki Avropa çempionatı İtaliya və Türkiyədə keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
3
bakivaxti.az

8Mənbələr