Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) gənclər tədbirlərinin keçirilməsi məqsədilə avadanlıqların icarəsi xidmətinin satın alınmasını reallaşdıracaq.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı elan edilmiş tenderin nəticələri açıqlanıb.
Məlum olub ki, nazirlik tərcümə xidməti, qulaqcıqlar və daha bir neçə avadanlığı icarəyə götürəcək. Bunun müqabilində isə tenderin qalibi olmuş “HIGHLIGHT GROUP” MMC-yə 113 min 988 manat icarə haqqın ödəniləcək.
Fərda Uğur