ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu gün çox kədərli bir gündür. Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov Xalq artisti Hacı Murad Yegizarovun dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.
“Murad müəllim həm kino, həm də teatr sahəsində unudulmaz obrazlar yaratmış görkəmli bir aktyor idi. Onun kinoda canlandırdığı rollar dillər əzbəridir və tamaşaçıların yaddaşında dərin iz buraxıb. Mənim bəxtim gətirib ki, onunla həmkar olmuşam”, - O.Əmirbəyov deyib.
Nazir müşavirinin sözlərinə görə, Xalq artisti səhhətində yaranan problemlərə görə bir müddət idi ki, Bakıya gələ bilmirdi.
“Lakin vəfat etdikdən sonra Azərbaycan dövlətinin dəstəyi ilə vətənə gətirildi və vətənində də dəfn olundu”.
Lamiyə Məmmədova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.