ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Kriştiano Ronaldo mükafatlar kolleksiyasını bir qədər də artırıb. "Football-plus.az" xəbər verir ki, “Əl-Nəssr”in hücumçusu Səudiyyə Ərəbistanında “Qızıl buts”a layiq görülüb.O, bu mükafata ötən mövsüm ölkə çempionatının bombardiri kimi sahib olub. Qeyd edək ki, “Əl-Nəssr”in kapitanı ardıcıl ikinci dəfə “Qızıl buts” qazanıb. Mükafatı ona komandanın sabiq kapitanı və klub tarixinin bombardiri Məcid Abdulla təqdim edib.Ronaldo “Əl-Nəssr”də 2023-cü ildən çıxış edir. Ulduz futbolçu 2024/25 mövsümündə Səudiyyə Ərəbistanı çempionatında 30 oyun keçirib, 25 qol vurub və 3 məhsuldar ötürmə verib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.