AZ

Oleq Əmirbəyov: Azərbaycan mədəniyyəti üçün kədərli gündür

BAKI, 16 sentyabr. TELEQRAF

"Azərbaycan mədəniyyəti üçün kədərli bir gündür. Onun rolları dillər əzbəri olub, yaddaşlarda iz buraxıb".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasındamədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov Xalq artisti Hacı Murad Yagizarov haqqında danışarkən deyib.

"Mənim bəxtim gətirib ki, onunla tərəf-müqabili olmuşam. O, ən xırda detallara qədər fikir verirdi və obraz üzərində çox diqqətlə işləyirdi.

Səhhətinə görə Bakıya gələ bilmirdi. Bir neçə gün əvvəl vəfat xəbəri yayılanda, dövlətin dəstəyi ilə nəşi Bakıya gətirildi.

Təəssüf ki, görkəmli aktyorlarımızı bir-bir itiririk. Onların yaratdığı obrazlar isə yaddaşımızda əbədi olaraq qalacaq", - deyə O. Əmirbəyov əlavə edib.

Seçilən
44
2
teleqraf.com

3Mənbələr