AZ

"San Siro" stadionu satıldı - Milanın meri açıqladı

BAKI, 16 sentyabr. TELEQRAF

İtaliyanın "Milan" və "İnter" klubları ev oyunlarını keçirdikləri "San Siro" stadionunu satın alacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə Milan şəhərinin meri Cüzeppe Sala açıqlamasında deyib.

"Hər şeyi razılaşdırdıq, artıq şəhər şurasında bununla bağlı qərar qəbul edəcəyik. Yeni stadion 2031-ci ilə qədər hazır olmalıdır, bu UEFA-nın bizdən tələbidir. Arena 2032-ci il Avropa çempionatının burada keçirilməsi üçün hazır vəziyyətə gətirilməlidir", - ANSA agentliyi Salanın sözlərindən sitat gətirir.

Sala əlavə edib ki, "San Siro"nun satışı ayın sonuna qədər təsdiqlənməlidir.

Seçilən
13
teleqraf.com

1Mənbələr