AZ

SON DƏQİQƏ! Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvanda yoxlamalar aparır

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində vətəndaşların şikayətləri əsasında bir sıra qurumlarda yoxlamalar həyata keçirir.

Məlumata görə, yoxlamalar 13 saylı Ərazi Məşğulluq Mərkəzinin Şirvan filialında, Şirvan şəhər Kommunal Kombinatı Müəssisəsində, Mənzil Təsərrüfatı İdarəsində və Yaşıllaşdırma Təsərrüfatı İdarəsində aparılıb.

İlkin nəticələrə əsasən, qeyd olunan qurumlarda ciddi nöqsanlar, o cümlədən külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktları aşkara çıxarılıb.

Qeyd edilir ki, yoxlamalar məhz Şirvan şəhəri sakinlərinin çoxsaylı şikayətləri əsasında başladılıb. İddialara görə, korrupsiya ittihamı ilə adı hallanan qurumların rəhbər şəxslərinin məsuliyyətə cəlb olunması və həbs olunması ehtimalı var.

“Azərbaycan Reallığı” yazıda adı çəkilən bütün şəxslərin mövqeyini işıqlandırmağa açıqdır.   

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
3
hurriyyet.az

4Mənbələr