AZ

"Qarabağ"dan sürpriz gözləyirəm - Anri

Bu gün iki komandadan sürpriz gözləyirəm. Biri "Qarabağ", digəri isə "Marsel"dir.

Axar.az xəbər verir ki, bunu "Arsenal" və "Barselona"nın sabiq futbolçusu Tyerri Anri "CBS Sports" telekanalında Çempionlar Liqasının xüsusi buraxılışı ilə bağlı yayımlanan verilişdə deyib.

“Bu iki komandanın səfərdən 1 xalla qayıdacağını düşünürəm", - sabiq futbolçu əlavə edib.

Qeyd edək ki, "Benfika" - "Qarabağ" və "Real Madrid" - "Marsel" matçları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Seçilən
15
axar.az

1Mənbələr