AZ

Ermənistan MDB Baş nazirlər Şurasının iclasında iştirak formatını müəyyən edəcək – ÖZƏL

Ermənistan 29 sentyabrda Minskdə keçiriləcək MDB Baş nazirlər Şurasının iclasında iştirak formatını müəyyən edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə İttifaqın baş katibinin birinci müavini İqor Petrisenko bildirib.

"Ermənistan da iştirakını təsdiqləyib. Hazırda bu məsələ işlənilir. Bu, Ermənistan tərəfinin qərar verməli olduğu sualdır ki, iştirakını daha səmərəli görsünlər. Ona görə də qərarı onlar verəcəklər", - deyə Petrisenko RİA Novosti-nin sualını cavablandırarkən bildirib.

Qeyd olunur ki, MDB Baş nazirlər Şurasının iclasının gündəliyinə 14 məsələ daxil edilməsi planlaşdırılır.

Hazırda Yerevan ilə Minsk arasındakı münasibətlər gərgindir. Vəziyyət Dağlıq Qarabağ müharibəsinin nəticələrinə dair Belarus prezidentinin açıqlamalarından sonra daha da pisləşib. Sonradan Paşinyan bildirib ki, Belarus lideri faktiki olaraq Azərbaycan tərəfinə yardım etdiyini etiraf edib və ölkə rəsmilərinə Aleksandr Lukaşenkonun prezident olduğu müddətdə Belarus səfərinə qadağa qoyub.

İyunda iki ölkənin xarici siyasət idarələri hətta nota mübadiləsi aparıb. Avqustda Lukaşenkonun növbəti açıqlamasından sonra isə Ermənistanın Belarusdakı səfirliyi pomidor və kartofla atəşə tutulub. Dekabrda isə Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən Yüksək Avrasiya İqtisadi Şurasının iclasında mübahisə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr