AZ

Çin KP MK-nın nümayəndəsi: Qlobal Cənub dövlətləri İpək Yolu ölkələri xalqlarının yaxınlaşması üçün həllər hazırlamalıdır  

Qlobal Cənub ölkələri “Bir kəmər, bir yol”un birgə tikintisini və İpək Yolu ruhunun inkişafını təmin edir. Biz İpək Yolu boyunca yerləşən ölkələrin xalqlarının rifahı naminə ümumi nailiyyətlərimizi bir araya gətirmək üçün həll yolları işləyib hazırlamalıyıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin Yunnan əyalətinin Kunmin şəhərində keçirilən “Bir kəmər, bir yol-2025” Media Əməkdaşlıq Forumu çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat şöbəsinin müdir müavini Van Qan deyib.

Onun sözlərinə görə, “Bir kəmər, bir yol” layihələrinin işıqlandırılmasında platformaları daha səmərəli etmək, mütəmadi təmaslar qurmaq və media əməkdaşlığını həyata keçirmək lazımdır. Yeni İpək Yolunun inkişafı və tikintisində də yeni keyfiyyətə nail olmaq lazımdır.

“Müasir internet məkanı yeni çağırışlarla dolub, xüsusən də süni intellekt meydana çıxıb. Ümumdünya şəbəkəsinin dağıdıcı və aqressiv tendensiyalara deyil, ən yaxşılara, xüsusən də “Bir kəmər, bir yol” ideyasının yayılmasına xidmət etməsinə nail olmaq lazımdır”, -deyə o vurğulayıb.

Seçilən
65
1
azerbaijan-news.az

2Mənbələr