Hindistan “Qərb-2025” təlimlərində iştirak etmək üçün 65 hərbçi göndərib.
Herbiand.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Bildirilir ki, təlimlərdə 30 minə yaxın Rusiya və Belarus əsgəri birlikdə NATO-nun qonşu ölkələrinə qarşı hərbi əməliyyatları məşq edir.
Analitiklər hesab edir ki, Dehlinin təlimlərdə iştirakı, Rusiya tərəfindən Polşa və Rumıniyaya dron hücumlarının fonunda NATO və ABŞ üçün narahatlıq doğuran siqnal sayılır.
Ekspertlər vurğulayır ki, bununla Hindistan Moskva ilə münasibətləri Vaşinqtonla münasibətlərdən üstün tutur.
NATO-dan isə bunu “qırmızı xəttin keçilməsi” və Hindistanın imici üçün “dəhşətli mənzərə” adlandırıblar.