AZ

"Nə vaxt qol vuracağımı hiss edirəmsə, ona deyirəm"

"Püşkatmadan əvvəl danışırdıq ki, "Benfika" ilə düşmək istərdik.

Asan rəqib olduğunu düşündüyümüz üçün yox, "Estádio da Luz"da oynamaq təcrübəsinə görə.

Çünki komandanın bir çox futbolçusu Portuqaliyada çıxış edib".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leandro Andare Portuqaliyanın "O Jogo" nəşrinə müsahibəsində deyib.

Kabo-Verdeli yarımmüdafiəçi Çempionlar Liqasının Liqa mərhəıəsinin ilk turunda "Benfika" ilə Portuqaliyada keçiriləcək oyunla bağlı danışıb:

"Benfika"nın bütün oyunlarına baxıram. Onların son oyundakı qədər zəif olduqlarını az görmüşəm.

"Qarabağ" oyunçusu kimi, istərdim ki, bizə qarşı da o səviyyədə oynasınlar (gülür)"

Andrade deyib ki, "Benfika" ilə oyunda qol vuracağını hiss edir:

"Həmişə bu düşüncəni beynimdə canlandırıram - mən qol vururam və biz qalib gəlirik. Şənbə günü bu barədə komanda yoldaşım Kevin Medina ilə danışdım.

Nə vaxt qol vuracağımı hiss edirəmsə, ona deyirəm və sonra vururam. İndi də elə bir hissim var".

O, uşaq yaşlarından "Benfika" azarkeşi olan atasının sabahkı oyunda kimə azarkeşlik edəcəyi ilə bağlı suala isə belə cavab verib:

"Atam üçün ideal ssenari "Benfika"nın 4:3 hesablı qalib gəlməsi və mənim het-trik etməyim olardı (gülür). Püşk atılanda ondan soruşdum ki, kimin tərəfini tutacaq.

Yalnız əla ata olduğuna görə məni söymədi (gülür). Təbii ki, hər zaman oğlunun tərəfindədir".

Seçilən
24
sportinfo.az

1Mənbələr