AZ

Lavrov: Rusiya erməni ifaçılarını “İnterviziya”da görməkdən məmnun olardı

Rusiya erməni ifaçılarını sentyabrın 20-də Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində görməkdən məmnun olardı.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Erməni dostlarımız yaxşı bilirdilər ki, müsabiqə keçirilir və iştirakçılar arasında erməni mədəniyyətinin nümayəndələrinin niyə olmaması məsələsi bizə aid deyil. Biz hamını, o cümlədən erməni dostlarımızı görməyə şad olarıq”, - Lavrov qeyd edib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, bu layihəyə maraq çox böyükdür, Rusiya ilə birlikdə iştirakçı ölkələrin sayı 23-dür.

“Sputnik Armenia”nın yazdığına görə, Ermənistan hələ də “İnterviziya”da iştirakını təsdiqləməyib.

Qeyd edək ki, bir müddət əvvəl tədbirin təşkilatçıları Azərbaycanın “İnterviziya müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.

Seçilən
30
1
apa.az

2Mənbələr