ain.az, Turkstan.az saytına istinadən bildirir.
ABŞ mediası İsrail rəsmilərinə istinadən, Qəzza şəhərinə qarşı yeni və genişmiqyaslı hücumun başladığını bildirib.
Turkustan.az xəbər verir ki, məlumatlara görə, İsrail tankları Qəzza şəhərinə daxil olub, hava hücumları isə daha da intensivləşib.Səhər saatlarından bəri davam edən hücumlar nəticəsində azı 38 fələstinli, onlardan 35-i birbaşa Qəzza şəhərində, həyatını itirib.Netanyahudan ilk açıqlamaİsrailin baş naziri Benyamin Netanyahu əməliyyatlardan sonra verdiyi ilk bəyanatda bildirib:“Qəzzada əhəmiyyətli bir əməliyyat başlatdıq. İsrail dövləti bu mübarizənin kritik mərhələsindədir və bunun nəticələri olacaq.”Netanyahu həmçinin bugünkü korrupsiya məhkəməsində azad edilməsini istəyib.Quru hücumuna üç diviziya cəlb olunubİsrail ordusunun yaydığı yazılı açıqlamada bildirilir ki, Qəzza şəhərinə quru hücumu bir gecə əvvəl başlayıb. Hücumda hazırda iki hərbi diviziya iştirak edir, üçüncü diviziyanın isə yaxın günlərdə qoşulacağı gözlənilir.Hücumların şəhərin kənar hissələrindən başladığı və yaxın günlərdə Qəzzanın tam mühasirəyə alınmasının planlaşdırıldığı qeyd olunub.Qəzza sakinlərinə "məcburi təxliyə" çağırışıİsrail ordusu Qəzza şəhərinin mülki əhalisinə “məcburi təxliyə” çağırışı edib. Açıqlamada şəhərin “təhlükəli müharibə zonasına çevrildiyi” və insanların bölgəni dərhal tərk etməli olduqları bildirilib.Qəzzanı yaşanmaz hala salmaq cəhdiİsrailin hücumlarının əsas məqsədlərindən birinin Qəzzanı yaşayış üçün yararsız hala salmaq və fələstinliləri kütləvi şəkildə köç etməyə məcbur etmək olduğu vurğulanır.Tarixdə “Nəkbə” (Böyük Fəlakət) kimi tanınan zorakı köçürülmələrin ağrılı xatirələrini hələ də daşıyan fələstinlilər bir daha öz torpaqlarından zorla çıxarılmaq istəmirlər.Buna görə də minlərlə insan, İsrailin bombardmanlarına və aclığa baxmayaraq, Qəzza sahillərində çadırlarda yaşamağa davam edir.Çünki onlar bilirlər ki, Qəzzanın cənubuna qaçsalar, şimala geri dönə bilməyəcəklər. İsrailin dəfələrlə verdiyi “evakuasiya bildirişləri”ndə bu barədə heç bir təminat yer almır.
Aytən Yaşar/ Turkustan.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.