AZ

“Həmin küçələrə qəhrəmanlarımızın adı verilsə, yaxşı olar” - YENİLƏNİB

“Bir çox halda dil normaları pozulur. Regionlarda da, şəhərin özündə də elə küçələr var ki, heç onun haqqında məlumat yoxdur və o ad bizim milli mövqelərimizə yaddır”.

"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Tamamilə o dövrdən qalan adlardır. Bəziləri heç bu barədə məlumat vermirlər. Yaxşı olar ki, həmin küçələrlə bağlı bələdiyyələr Milli Məclis, müvafiq qurumlar qarşısında məsələ qaldırsınlar və o küçələrin adlarını götürək. Bizim o qədər görkəmli şəxsiyyətlərimiz, Vətən müharibəsində həlak olan qəhrəmanlarımız var ki, həmin küçələrə onların adları verilsə, daha yaxşı olar. Müəyyən regionlarda iş gedir, ziyalı, görkəmli adamların adına küçələr verilir. Bu sahədə istər icra orqanları, istərsə də bələdiyyələr xatirənin əbədiləşdirilməsi üçün iş görürlər”, - deyə millət vəkili qeyd edib.

Deputat Vasif Qafarov da mövzuya münasibət bildirib:

“70 il ərzində Sovet dövründə Azərbaycana qarşı düşmən fəaliyyətində olan şəxslərin adlarından istifadə olunur. Təbii ki, şəhərin mərkəzində bu adlar yığışdırılıb, amma qəsəbə və rayon yerlərində bu adların qaldığını görürük. Aradan qaldırılması üçün bələdiyyələrin üzərinə iş düşür”.

"Cebheinfo.az"

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr