AZ

Sednaya həbsxanası virtual reallıq texnologiyası ilə ziyarət oluna biləcək

Sednaya həbsxanası virtual reallıq texnologiyası ilə ziyarət oluna biləcək

Suriyada Əsəd rejiminin işgəncə mərkəzi kimi tanınan Sednaya həbsxanasını virtual reallıq texnologiyası vasitəsilə görmək mümkün olacaq.

Devrilmiş Əsəd rejiminin işgəncə mərkəzi kimi istifadə etdiyi Sednaya həbsxanası paytaxt Dəməşqdəki Suriya Milli Muzeyində artırılmış virtual reallıq texnologiyası ilə ziyarətçilərə təqdim edilib.

Suriya həbsxanalarını muzeyə çevirmə təşəbbüsündə iştirak edən Həsən İbrahim bildirib ki, Əsəd rejiminin və müxtəlif silahlı qrupların törətdiyi cinayətlərə şahidlik edən həbsxanaları sənədləşdirmək üçün işlər aparırlar.

Onun sözlərinə görə, terror təşkilatı İŞID-ın həbsxanaları ilə bağlı 2017-ci ildə oxşar muzey qurublar və təşkilatın bütün həbsxanalarını sənədləşdiriblər: “Əsəd rejiminin həbsxanalarını da sənədləşdirmək üçün işlərə başladıq. Bu çərçivədə təxminən 180 həbsxananı qeydiyyata aldıq. Onların ən önəmlilərindən və ən böyüklərindən biri də Sednaya həbsxanasıdı”.

İbrahim əlavə edib ki, Sednaya həbsxanasının virtual reallıq texnologiyası ilə görüntülənməsi prosesi 25 gün davam edib: “Düzünü desəm, bu bizim üçün çox çətin təcrübə oldu. Məkanın böyüklüyü, gördüyümüz mənzərələr və oradakı şahidliklər bizi dərin təsirləndirdi. Bu layihə həmin milislərin və başda Əsəd rejiminin törətdiyi cinayətlərin sübutu olacaq.”

Digər iştirakçılardan Amr Hayto isə bildirib ki, layihənin məqsədi Suriyadakı həbsxanaların məkan baxımından sənədləşdirilməsi, məhbuslara qarşı edilən işgəncə və edam proseslərinin ortaya qoyulmasıdır.

O qeyd edib ki, həbsxanaların idarəetmə formasını, içəridəki məhbusların taleyini və gündəlik həyatlarını həm şahid ifadələri, həm də sənədlərlə qeydiyyata alırlar. Bundan əlavə, divarlarda yazılmış yazılar da bu sənədlərin mühüm hissəsini təşkil edir.

Hayto əlavə edib ki, gələcəkdə Suriyadakı bütün həbsxanaları əhatə edən virtual reallıq texnologiyası layihələri həyata keçirməyi hədəfləyirlər.

Seçilən
15
afn.az

1Mənbələr