"Mastercard" hazırda Azərbaycanda ictimai nəqliyyat layihələrinin genişləndirilməsi üzərində işləyir.
Day.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında "Mastercard"ın Azərbaycan üzrə regional meneceri Emil Zeynalov deyib.
O bildirib ki, Bakı-sumqayıt dairəvi şəbəkəsində ödənişlərin təmassız formada həyata keçirilməsi üçün "Mastercard" Azərbaycandakı partyorlarla yaxın şəkildə işləyir.
"Düşünürük ki, bu il ərzində bu məsələ öz həllini tapacaq", - deyə E. Zeynalov vurğulayıb.