AZ

Təqsirləndirilən vəkillər məhkəmədə özlərini müdafiə edə biləcək

Vəkillər təqsirləndirilən şəxs qismində cəlb edildikdə məhkəmədə özlərini müdafiə edə biləcəklər.

"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual və Mülki Məcəllələrə dəyişiklik təklif edilir.

Layihəyə əsasən, vəkil hərbi qulluqçu olduqda, xüsusilə ağır cinayət törətməkdə ittiham edildikdə, tutulduqda və ya həbs qətimkan tədbiri seçildikdə və ya maraq toqquşması olan bir neçə təqsirləndirilən şəxsdən biri olduqda müdafiəçidən imtina edərək məhkəmədə özünü təmsil edə biləcək.

Dəyişikliyə əsasən, eyni imtiyaz kassasiya instansiyası məhkəməsinə də şamil ediləcək. 

"Cebheinfo.az"

Seçilən
43
1
cebheinfo.az

2Mənbələr