Lent az saytına istinadən ain.az xəbər verir.
Zambiyada məhkəmə cadugərlik yolu ilə ölkə prezidenti Hakainde Hiçilemanı aradan qaldırmaq niyyətində olduqları üçün iki kişini təqsirli bilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, kəndin rəhbəri Leonard Firi və Mozambik vətəndaşı Casten Mabulesse Kandunde 2024-cü ilin dekabrında həbs olunublar. Axtarış zamanı onların üzərindən “sehrkar amuletlər” – canlı xameleon, heyvan quyruğu, qırmızı parça və tanınmayan ağ toz aşkarlanıb.
Prokurorluq bildirib ki, ittiham olunanları bir sıra ağır cinayətlərdə şübhəli bilinən tanınmış müxalifətçi siyasətçi Emmanuel “Cey Cey” Bandanın qardaşı tutub.
Sülh hakimi Fayn Mayambu vurğulayıb ki, cinayətin motivi dövlət başçısını aradan qaldırmaq olub və buna görə də təqsirləndirilənlər təkcə Hiçilemanın deyil, bütün Zambiya xalqının düşmənləridir.
Britaniya müstəmləkə dövründən qalan sehrkarlıq haqqında qanuna əsasən Firi və Kandunde iki il məcburi işləməyə məhkum ediliblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.