2026/27 mövsümündə Çempionlar Liqasının finalı Madriddəki "Riyad Eyr Metropolitano" stadionunda keçiriləcək.
Bu xəbəri UEFA-nın rəsmi saytı yayıb.
"Riyad Eyr Metropolitano" 2017-ci ildən etibarən "Atletiko"nun ev stadionudu. Stadion 1993-cü ildə tikilib və 70692 azarkeş tutumuna malikdi. Final oyunu 2027-ci il iyunun 5-də keçiriləcək. Xatırladaq ki, Bakı da 2027-ci ildəki finalı qəbul etmək uğrunda mübarizə aparırdı.
Daha əvvəl 2025/26 mövsümünün finalının mayın 30-da Budapeştdəki Ferents Puşkaş adına stadionda keçiriləcəyi açıqlanmışdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta