AZ

Roy Kin “Mançester Yunayted”in baş məşqçisini tənqid etdi

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin komandanın baş məşqçisi Ruben Amorimi tənqid edib.

Futbolpress.az xəbər verir ki, İngiltərə mətbuatına danışan mütəxəssis “qırmızı şeytanlar”ın uğursuz nəticələri ilə bağlı bunları deyib:

“Amorim mövsümün əvvəlində yeni transferlərə və vaxta ehtiyacı olduğunu dedi. Amma hələ də bəhanələr davam edir. Bir nöqtədə artıq diqqətli olmaq lazımdır. Slot ötən il “Liverpul”a gələn kimi işlər gördü, komanda çempion oldu. Tomas Frank “Tottenhem”ə bir ay əvvəl təyin olunub, ancaq komandada dəyişiklik var. Bəs “Mançester Yunayted”in dəyişməyini nə qədər gözləyəcəyik?”

“Mançester Yunayted” Premyer Liqada 4 turdan sonra 4 xalla 14-cü sıradadır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
futbolpress.az

1Mənbələr