Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdarda rüşvət almaqda ittiham olunan sabiq baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin məhkəmə istintaqı başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror yekun çıxış edib.
Prokuror bəyan edib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Bu əsasla onların ayrı-ayrılıqda təqsirli bilinmələri, Saleh Novruzi və Tahir Vəliyevin 10 il, Yadulla Balışovun isə 10 il 6 ay azadlıqdan məhrum edilmələri, hər birinin məhkəmə zalında həbsə alınmaları tələb edilib.
Hakim müdafiə çıxışına hazırlanmaları üçün vəkillərə vaxt verib.
"Qafqazinfo"
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin mayında Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslər xəstəlikləri ilə bağlı həbs edilməyiblər.