AZ

Canavar 5 yaşlı qızı parçaladı

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hindistanın Uttar-Pradeş ştatında canavar 5 yaşlı qızı parçalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Paraqpurva kəndində, gecə saatlarında qız anası ilə birlikdə çöldə şam edərkən baş verib. Anası telefona görə evə girdiyi anda canavar qızı tutaraq aparıb.

Uşağın qışqırıqlarını eşidən atası və əmisi hadisə yerinə qaçıblar və yırtıcının dalınca düşüblər, lakin o, qaranlıqda gizlənə bilib. Kənd sakinləri bütün gecəni qızı axtarıblar, lakin onun parçalanmış cəsədini yalnız səhər evdən 800 metr aralıda tapa biliblər.

Hindistanın meşə departamenti bəyan edib ki, təhlükəli canavarı tutmaq üçün xüsusi tələlər qurulacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
lent.az

1Mənbələr