AZ

Hindistan Rusiya-Belarus təlimlərində təmsil olunur?

Hindistan Rusiya və Belarusin keçirdiyi "Qərb 2025" təlimlərində iştirak etmək üçün əsgərlər göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. 

Bildirilir ki, baş nazir Narendra Modinin bu qərarı Qərbdə təşvişlə qarşılanıb. Hindistan Müdafiə Nazirliyi ölkənin elit Kumaon alayının, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin döyüşçüləri də daxil olmaqla 65 hərbçi göndərdiyini təsdiqləyib.

Nəşr qeyd edir ki, Qərb analitikləri Yeni Dehlinin qərarını “qırmızı xətləri” keçmək kimi qəbul ediblər. Hindistan Müdafiə Nazirliyi yalnız müdafiə sahəsində tərəfdaşlarla əməkdaşlığı və Rusiya ilə dostluq əlaqələrini daha da gücləndirmək istədiyini bildirib. “The Times” yazır ki, hindistanlı hərbçilər Nijni Novqorod vilayətindəki Mulino poliqonunda yerləşdirilib. Rusiya Müdafiə Nazirliyi mətbuata məlumatı şərh etməyib.

Seçilən
26
ikisahil.az

1Mənbələr